Salyan sakinindən 480 qram marixuana götürülüb.

2020-02-26 Baxış: 654
img

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Ələkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülmüşdür.