Mağaza və avtomobillərdən oğurluq edən Salyan sakinləri saxlanılıb.

2020-02-26 Baxış: 670
img

Salyan rayonu ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar.


MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Eyvazzadə və K.Məmmədova saxlanılmışlar.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 4 avtomobildən akkumulyator, radiatorun qapağı, maqnitofon, ehtiyat təkəri və oturacaq üzlükləri oğurlaması da müəyyən edilmişdir.