Neftçalada baş verən qəzada xəsarət alan motosikletçinin ayağı amputasiya olundu.

2020-02-28 Baxış: 1938
img

Neftçala rayonunun Yeniqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, bu gün saat 19:00 radələrində Neftçala rayon Həsənabad qəsəbə sakini İsayev Sərraf Əmiraslan oğlunun idarə etdiyi 47-BC-764 dövlət qeydiyyat nişanlı VAZ-2109 markalı avtomobillə Mikayıllı kənd sakini Gözəlov Rafael Soltan oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan motosikletçi 1961-ci il təvəllüdlü Rafael Gözəlov Neftçala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyat olunub və ayağı amputasiya olunub. 

Faktla bağlı araşdırma aparılır.