Neftçalada oğurluq edən iki qardaş tutulub.

2020-02-28 Baxış: 1961
img

Oğurluqda şübhəli bilinən Neftçala rayon sakinləri saxlanılmışlar

MAYAKİNFO xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Xıllı qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Bağırov və onun qardaşı saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların qəsəbə ərazisindəki daha 1 evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları, E.Kazımova, İ.Əliyevə, Ə.Zeynalova və R.Cabbarova məxsus ümumilikdə 20 baş qoyunu qəsəbənin otlaq sahəsindən oğurlamaları da müəyyən edilmişdir.