Neftçala sakini "Tofaş"ı aşırdı; 1 nəfər öldü, 3 nəfər yaralandı.

2020-03-02 Baxış: 1682
img

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “TOFAŞ” markalı avtomobil aşmışdır.


MAYAKİNFO xəbər verir ki, fevralın 29-da saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Məmmədov idarə etdiyi “TOFAŞ” markalı avtomobili aşırmışdır.

Nəticədə avtomobildəki  sərnişinlərindən Cəlilabad rayon sakini Loğman Cəfərov hadisə yerində ölmüş, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.

Qaradağ RPİ tərəfindən araşdırmar aparılır.