Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarılıb

2020-03-05 Baxış: 593
img

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.