Lerikdə baş verən torpaq sürüşməsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

2020-03-07 Baxış: 575
img

Lerikdə torpaq sürüşməsi nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar.

************************************************

saat 12:07

Bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb.

Hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.

A. Əlirzayev ölüb, ailənin digər iki üzvü isə xəsarət alıb.

Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.