Mirhəsən Seyidov icra başçısı kimi ilk olaraq Heydər Əliyevin abidəsini ziyarət edib

2020-03-08 Baxış: 1210
img

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov martın 6-da rayonun yerli icraedici orqanlarının nümayəndələri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Bu barədə MAYAKİNFO-ya rayon icra hakimiyyətindən məlumat verilib.

Məlumat üçün bildirək ki, martın 5-də Mirhəsən Seyidov ölkə başçısının müvafiq sərəncamı ilə Neftçalanın icra başçısı təyin edilib.