Neftçalalı gənclər istehsalatda çalışan qadınları təbrik edib.

2020-03-08 Baxış: 1407
img

Neftçala rayonunda fəaliyyət göstərən "UGEX" Xeyriyyə Fondu hər il olduğu kimi bu il də Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya həyata keçirib.

MAYAKİNFO xəbər verir ki, Fondun təsisçiləri Ülvi Fərzəliyev və Xanım Ağayeva 8 Mart münasibətilə istehsalatda çalışan qadınları təbrik edib. Bayram və istirahət günü olmasına baxmayaraq rayon ərazisində fəaliyyət göstərən "Azər-Yod" MMC-də növbəli iş rejimində çalışan qadınlara Fond tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Aksiya qadınlar tərəfindən maraqla qarşılanıb və Fondun təsisçilərinə öz təşəkkürünü bildiriblər.