Salyan və Cəlilabadda yük maşınlarından akkumlyator oğurlayan şəxslər saxlanılıb.

2020-03-10 Baxış: 629
img

KamAZ” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən bir qrup Lənkəran şəhər sakini saxlanılmışlar.


MAYAKİNFO xəbər verir ki, Biləsuvar RPŞ və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Y.Teymurovun “KamAZ” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar S.Abdullayev, S.Rəhimov və Ağdam rayon sakini E.Ağayev saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların Salyan və Cəlilabad rayonları ərazilərində ümumilikdə 4 avtomobildən - “Kamaz”, “DAF” markalı yük avtomobillərindən və “New Holland” markalı traktordan akkumulyator oğurlamaları da müəyyən edilmişdir.  

Araşdırma aparılır.