Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon ağsaqqalları ilə görüşüb

2020-03-11 Baxış: 511
img

10 mart 2020-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon agsaqqalları ilə görüş keçirmişdir. 
MAYAKİNFO xəbər verir ki,  rayon rəhbəri rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, camaat arasında nüfuz və hörmətə malik insanlarla  görüşməyin çox xoş olduğunu qeyd etmiş, onlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək görülən işlərə müsbət təsir göstərə biləcəyini vurğulamışdır.

Tədbirdə iştirak edən rayon ağsaqqalları  çıxış edərək onların məsləhət və tövsiyələrini dinlədiyi üçün rayon rəhbərinə minnətdarlıqlarını bildirmiş, mövcud problem və təkliflər haqqında fikir mübadiləsi aparmışlar.

Görüş iştirakçıları Neftçalanın inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, dövlət başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirmək işində  rayon rəhbərliyinə uğurlar arzuladılar.