Neftçalada 71 yaşlı qadının evi yanıb.

2020-03-11 Baxış: 1536
img

Dünən gecə 21:30 radələrində Neftçala şəhərində yanğın hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala şəhər sakini , 1949-cu il təvəllüdlü Qasımova Reyhan Novruzəli qızına məxsus, ümumi sahəsi 115 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 65 m² sahədə və içərisindəki əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb