Neftçala polisi tarzən Humay Qədimovanın avtomobilindən pul oğurlayan şəxsin saxlanılmasında iştirak edib.

2020-03-11 Baxış: 887
img

Yanvarın 12-də günorta saatlarında paytaxtın Səbail rayonunun T.Elçin küçəsində “Toyota” markalı avtomobildən tarzən Humay Qədimovaya məxsus, içərisində 3500 manat olan pul kisəsinin oğurlanması barədə polisə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən MAYAKİNFO-a bildiriblər ki, müraciət üzrə idarənin Cinayət-Axtarışı İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi, 9-cu polis bölməsi və Neftçala Rayon Polis Şöbəsinin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Səbail rayonu ərazisində Salyan şosesində yerləşən dayanacaqların birində “Toyota” markalı avtomobildən eyni üsulla 1200 manat dəyərində noutbuk da oğurlayıb.

Onun barəsində Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.