Bütün şəhər və rayonlardan qatarla Bakı, Sumqayıt və Abşerona sərnişin daşınması dayandırılır

2020-03-17 Baxış: 675
img

Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.

Bu barədə MAYAKİNFO-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.