İran 85 min məhbusu müvəqqəti olaraq azad edib

2020-03-17 Baxış: 601
img

İran koronavirusun yayılmasının qarşısını almaq üçün 85 min məhbusu müvəqqəti olaraq azad edib.

MAYAKİNFO-nun "SkyNews"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyin İsmayili deyib.

"Sərbəst buraxılanların təxminən 50%-i təhlükəsizlik məsələlərinə görə cəza çəkənlərdir. Cəzaçəkmə müəssisələrində virusun yayılmasının qarşısını almaq üçün tədbirlər də görürük".

Sərbəst buraxılanların arasında siyasi məhbusların olduğu da bildirilib.

Q.İsmayili sərbəst buraxılanların həbsxanaya nə vaxt qayıdacaqları barədə məlumat verməyib.