Neftçalada fəaliyyət göstərən xeyriyyə təşkilatı "Dost xonçası" kompaniyasına qoşuldu.

2020-03-17 Baxış: 978
img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildən başladılan “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına Neftçala rayonu ərazisində fəaliyyət göstərən "UGEX" xeyriyyə fondu da qoşulub. 

MAYAKİNFO xəbər verir ki, Fondun təsisçiləri Neftçala şəhərinin tam mərkəzində yaşayan, xəstə yatağına məhkum, uzun müddət şəhər 1 saylı tam orta məktəbdə çalışan Minnikov Viktor Qriqoreviç və həyat yoldaşı İsrafilbəyli Olqa Hüseyn qızına xonçanı təqdim edərək İlaxır-torpaq çərşənbələrini təbrik ediblər. Kompaniyanın qaydalarına uyğun olaraq fond estafeti Neftçala Heydər Əliyev Mərkəzinə ötürüb.