Neftçalada su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib

2020-03-18 Baxış: 718
img

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Cənub-Muğan kollektorunda keçirilib.

Reyd zamanı kollektorun Cəlilabad və Neftçala rayonları ərazisi və Mahmudçala ovçuluq təsərrüfatının şərq hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

MAYAKİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli deyib.

İdarə rəisi hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.