Neftçalanın mədəniyyət işçiləri "Dost xonçası" kompaniyasına qoşulub.

2020-03-19 Baxış: 775
img
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı "Dost Xonçası" aksiyasına Mədəniyyət Nazirliyi də qoşulub.
MAYAKİNFO xəbər verir ki, MİHİ Neftçala rayon Komitəsinin təşkilatçılığı ilə Neftçala rayon Mədəniyyət Nümayəndəliyinin kollektivi də bu aksiyaya qoşulub.
"Dost Xonçası" aksiyasının ilk sakini 74 yaşlı Mədəniyyət işçisi, uzun illər Rayon Mədəniyyət evinin və Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışan Əli Bağbanov olub.
Əli Bağbanov uzun illər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xalq kollektivi" adına layiq görülən "Bahar" mahnı və rəqs ansamblına rəhbərlik etmişdir.
Aksiya çərçivəsində  Neftçala rayon Mədəniyyət Nümayəndələri rayonumuzun ziyalı ailəsi olan Həmzəyevlər ailəsinin qonaqı oldu.Təqaüdçü 71 yaşlı Zinyət xanım uzun müddət Xıllı qəsəbə kitabxanasında Baş kitabxanaçı vəzifəsində çalışmışdır. Qeyd edək ki, 2019-cu ildə Xıllı qəsəbə kitabxanasının 100 illik yubileyi qeyd olunub. Bu kitabxananın fəaliyyətində Zinyət xanımın rolu böyükdür. 
Zinyət xanımın vəfat edən həyat yoldaşı Seyfulla Həmzəyev də ixtisasca kitabxanaçı olmuş,  ömrünün yarıdan çoxunu Mədəniyyət sahəsinə həsr etmiş, Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Aksiya çərçivəsində Neftçala rayon Mədəniyyət Nümayəndəliyi və MİHİ rayon Komitəsi Torpaq çərşənbəsini şəhid Mehman Səfərovun ailəsi ilə birgə qeyd ediblər.

Daha sonra Neftçala rayon Mədəniyyət Nümayəndələri ömrünün 51 ilini Kitabxanaçılıq fəaliyyətinə həsr etmiş Rəmziyyə Piriyevanın və 
hamımızın sevimlisi Surə nənənin qonağı olublar.


Sona Haxıyeva