Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə Novruz sovqatı paylanılıb.

2020-03-20 Baxış: 830
img

Martın 19-da Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə Novruz sovqatı paylanılıb.

MAYAKİNFO xəbər verir ki, İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu aksiya rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Rayonun bütün qəsəbə və kəndlərində yaşayan 185 aztəminatlı ailəyə içərisində gündəlik ərzaq və bayram üçün lazım olan ərzaqlarla dolu sovqatlar paylanılıb.