Salyan polis şöbəsinə yeni rəis təyin olunub.

2020-03-21 Baxış: 970
img

Salyan Rayon Polis Şöbəsinə rəis təyinatı olub.

MAYAKİNFO-nun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis şöbəsinin rəis müavini işləmiş polkovnik Nəzər Əsgərov Salyan rayon polis şöbəsinin rəisi təyin olunub.

Bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləmiş polis polkovniki Cəbrayıl Vəliyev  Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib