Neftçalada baş verən partlayış nəticəsində 7 mənzilə və 3 avtomobilə ziyan dəyib.

2020-03-23 Baxış: 1629
img

Bu gün saat 16:00 radələrində Neftçala şəhər H.Əliyev prospektində yerləşən yaşayan binasında partlayış baş verib. 

MAYAKİNFO xəbər verir ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən Neftçala şəhər sakini, 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə baş verən partlayışın səbəbi qaz sızması ehtimal olunur. Partlayış baş verən vaxt evdə olan ev sahibi Bacıbacı İmanova 3 dərəcəli yanıq xəsarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində partlayış baş verən mənzilin yerləşdiyi blokdakı 7 mənzilə və binanın qarşısında dayanan  3 avtomobilə ciddi ziyan dəyib. Partlayışın zərbəsində qonşu binalardakı mənzillərin də şüşələri sınıb. 

Faktla bağlı araşdırma aparılır.