Neftçalada "Vətənsevər" kitabı işıq üzü gördü.

2020-03-27 Baxış: 1843
img

Neftçalada xanım yazıçı, şairə Bədirə Niftəliyevanın "Vətənsevər" adlı kitabı nəşr olunub.

Haqqında danışacağımız  "Vətənsevər"  kitabı müəllifin sayca 3-cü kitabıdır. Bu kitabda müəllif bir çox mövzulara toxunmuşdur.

Ön sözü yazıçı publisist şair, 20 Yanvar veteranı, Prezident təqaüdçüsü İmamverdi Zeynalova məxsus olan kitab Zaqafqaziyanın ən öndə gedən nəşriyyatlarından olan Şərq Qərb mətbəəsində çap olunmuşdur.

Ədəbi nümunələrlə zəngin olan kitabda oçerk, esse, şerlər, xatirə yazıları yer almaqdadır.

Müəllif kitabda ən çox şəhidlər mövzusuna toxunmuşdur. Mübariz İbrahimov, Pəncəli Teymurov, Elmdar Səfərov, itkin şəhidimiz Azad Zeynalov haqda, Surra kəndi şəhidləri haqqında bir kəndin 12 itkin oğul övladı, Polkovnik leytenant Raquf Orucov, Mehdi Hüseynzadə haqda şerlər, İbrahim Mənəfova həsr olunmuş poema xarakterli ədəbi nümunə ilə şəhidlərimizə öz kitabında geniş yer ayırmışdır.Bundan başqa müəllifin kitabda AXC-nin 100 illik yubileyi ilə bağlı Parlamentin ilk və tək qadın nümayəndəsi Şəfiqə xanım Əfəndizadəyə həsr olunmuş məqaləsi, 2019-cu ilin Prezidentimiz tərəfindən "Nəsimi ili" elan olunması ilə bağlı Nəsiminin 100 illik yubileyinə həsr olunmuş məqalə, Ədəbiyyatımızın qadın nümayəndəsi X.Natəvana həsr olunmuş şeri, H.Cavidin oğlu Əltoğrul Cavidin 100 illik yubileyinə həsr olunmuş xatirə yazısıda yer almaqdadır.

Eldən elə məqaləsində müəllif Neftçala şəhərinin yaranma tarixindən yazaraq rayonumuzun tarixi haqqında geniş söz açmışdır. 

Müəllifin ilk kitabı 2016-cı ildə çap olunmuşdur. "Ömür axarı" adlı şerlər kitabından sonra yeganə övladının faciəli ölümünə həsr etdiyi "24 yaşın vidası" kitabını 2019-cu ildə çap etdirmişdir.

Qeyd edək ki, Bədirə Rza Həsənqızı (Niftaliyeva) 1968-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1985-ci ildə Neftçala şəhərində 3 saylı orta məktəbi, 1994-cü ildə Bakı Dövlət Universitetini bitirmişdir. İxtisasca kitabxanaşünas-biblioqrafdır. Hal-hazırda Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Metodika və biblioqrafiya" şöbəsinin müdiri vəzifəsində işləyir.

Sona Haxıyeva.