Neftçalada cücə sexi yanıb.

2020-03-27 Baxış: 1348
img

Martın 27-si saat 16:00 radələrində Neftçala rayonunun Qaraqaşlı kəndində yanğın hadisəsi qeydə alınıb.

MAYAKİNFO xəbər verir ki, ümümi sahəsi 1080 kvadrat metr olan fəaliyyət göstərməyən cücə sexinin yanar konstruksiyaları 600 kvadrat metr sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın Neftçala və Salyan rayon yanğından mühafizə bölmələrinin birgə iştirakı ilə söndürülüb.