Azərbaycanda koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb, 32 nəfər sağalıb, 5 nəfər vəfat edib

2020-04-03 Baxış: 511
img

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb.

MAYAKİNFO-nun xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.