Nəqliyyatda Su Polisi Lənkaran və Astarada aksiya keçirib.

2020-04-17 Baxış: 631
img

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları  xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Astara və Lənkəran rayonları ərazisində çölə çıxa bilməyən tənha yaşayan yaşlı insanlara, xəstəlikdən əziyyət çəkən sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkiblər. Ümumilikdə 20 belə ailəyə yardım edilib, yaşı 65 yaşdan yuxarı şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Onlara karantin qaydalarının təlimatına uyğun olaraq tibbi ləvazimatlarla, spirt bə maskalar paylanılıb.  Həmçinin aztəminatlı ailələr də polislər tərəfindən ziyarət olunub, onlara köməklik göstərilib. Sakinlər də onlara göstərdikləri diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Daxili İşlər nazirinə minnətdarlıqlarını bildiriblər.

İsmayıl Cəfərli.