Neftçalada ev yanıb.

2020-04-18 Baxış: 1099
img

Neftçala rayonunun Xıllı qəsəbəsində yanğın hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, qəsəbə sakini Abdullayev Namiq Tapdıq oğluna məxsus 3 otaqlı yaşayış evi saat 22:15 radələrində yanmağa başlayıb. Hadisə yerinə Neftçala Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunsa da, 80 kvadrat metrlik evin içərisindəki əşyaları da daxil olmaqla hamısı yanıb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır.