Neftçala sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb

2020-04-26 Baxış: 1734
img

Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Kürkənd kənd sakini İlqar Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş on üç ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.