Neftçalada Kür çayında batan 63 yaşlı kişinin meyiti sudan çıxarıldı

2020-05-09 Baxış: 997
img

09.05.2020. 18:45

Bu gün Neftçala rayonunun Qaravəlli yaşayış məntəqəsində Kür çayında çimərkən boğulan  63 yaşlı kişinin meyiti sudan çıxarıldı.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayonu ərazisində Kür çayında çimərkən boğulan  1957-ci il təvəllüdlü Salyan rayon sakini Ağayev Böyükkişi Mirzağa oğlunun meyiti saat 18:40 radələrində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Böyükkişi Ağayev Salyan rayon sakini olsa da, hazırda Neftçala rayonunun Qaravəlli yaşayış məntəqəsində yaşayırmış.