Neftçalada 35 yaşlı kişi intihar edib.

2020-05-20 Baxış: 2124
img

Neftçalada intihar hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə Neftçala şəhərinin VII məhəlləsində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Neftçala şəhər sakini Nəzirov Teymur Nadir oğlu dünən gecə saat 23:30 radələrində yaşadıqları evin həyətində özünü asıb. İntiharın səbəbi hələ ki məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.