Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb

2020-05-22 Baxış: 656
img

Oğuzda itkin düşən uşağın meyiti tapılıb. 

APA-nın yerli bürosunun məlumatına görə, uşağın meyiti dağlıq-meşəlik ərazidə heyvanlar tərəfindən parçalanmış halda aşkar edilib. 

Hazırda meyitin dağdan düşürülməsi istiqamətində tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi Oğuzun Xaçmaz kənd sakininin itkin düşməsi barədə məlumat yayıb.

MAYAKİNFO-nun nazirliyin saytına istinadən xəbərinə görə, Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.