Neftçalada heyvandarlıqla məşğul olan şəxsin avtomobili kanala düşdü ; 2 nəfər boğuldu.

2020-06-10 Baxış: 1869
img

Bu gün saat 10:00  radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində minik avtomobili Baş Mil-Muğan kollektoruna düşüb.

MAYAKİNFO xəbər verir ki, Abşeron rayon Masazır qəsəbə sakini , 1963-cü il təvəllüdlü Əhmədov Qalib Əkpər oğlu idarə etdiyi "Moskviç-412" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kanala aşıb. Hadisə nəticəsində Qalib Əhmədov və avtomobildə olan qadın boğularaq ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Qalib Əhmədov Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində heyvandarlıqla məşğul olurmuş.