Ölkə üzrə ən çox arpa əkininin aparıldığı Neftçalada biçin prosesi başa çatıb

2020-06-11 Baxış: 726
img

Neftçalada arpa biçini uğurla başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında rayonda 43 min 66 hektar sahədə taxıl əkilib. Bunun 36 min 66 hektarı arpa, 6 min 263 hektarı isə buğdadır.

Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 104 min 186 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 28,3 sentner olub.

Dünəndən buğda sahələrinin məhsulunun yığımına başlanılıb və 500 hektar sahədə biçin aparılıb. Biçilmiş sahələrin hər hektarının məhsuldarlığı 37 sentner təşkil edir.

Qeyd edək ki, Neftçalada məhsul yığımına 62 kombayn cəlb olunub və gün ərzində 800-850 hektar sahənin taxılı yığılır.