Neftçalada yol-nəqliyyat hadisəsi baş verib

2020-06-13 Baxış: 1882
img

Neftçala şəhərinin A.Cəfərov küçəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, bu gün saat 13:45 radələrində Neftçsla şəhərinin A.Cəfərov küçəsində hərəkətdə olan iki avtomobil toqquşub. Belə ki, 1975-ci il təvəllüdlü Neftçala şəhər sakini Quliyev Yaşar Faxrəddin oğlu idarə etdiyi 47-BD-719 dövlət qeydiyyat nişanlı KİA Rio markalı avtomobillə hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı aparan 1958-ci il təvəllüdlü Bankə qəsəbə sakini Bayramov Nizami Firudin oğlu idarə etdiyi 12-BE-702 dövlət qeydiyyat nişanlı  VAZ-2107 markalı avtomobili vurub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü Nizami Bayramov yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım Xidməti cəlb olunub və yaralı Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.