Neftçalada avtomobil ağaca çırpıldı

2020-06-13 Baxış: 1566
img

Bu gün saat 20:00 radələrində Neftçala şəhəri H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Cabbarov Əlimalik Vasif oğlu özünə məxsus 47-BD-632 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı maşınla H.Əliyev prospekti ilə Samid İmanov küçəsinin kəsişməsində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və beton səkini keçərək  iki yol ayrıcında piyadalar üçün nəzərdə tutulan ərazidəki işıq dirəklərinə və ağaclara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, iki ədəd işıq dirəyi sıradan çıxmışdır.