Neftçalanın yeni icra başçısından operativ REAKSİYA

2020-06-14 Baxış: 2516
img

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov daha bir problemə operativ reaksiya verib.


MAYAKİNFO-nun xəbərinə görə, yeni icra başçısı, Neftçalanın Dördlər kəndində baxımsız vəziyyətə düşən stadionun bərpa olunması üçün tapşırıq verib.


Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkə üzərindən yazıb:


"Dünən kəndimizin futbol stadionun baxımsız vəziyyətini çəkib paylaşmışdım. Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən müəllim facebook dostluğumda olduğu üçün elə gecə ikən tapşırıq verib və səhər saatlarında texnika, canlı qüvvələr göndərdi. Artıq gənclərin asudə vaxtının səmərəli və sağlam təşkili üçün şərait yaradılır".

Dördlər kəndində stadionun əvvəlki durumu

 

 

Kamran Əsədov adlı şəxsin şəkli.

Dördlər kəndində stadionun indiki durumu