Kür çayında yaranan problemlər araşdırılır

2020-06-16 Baxış: 1021
img

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Kür çayında yaranmış problemlərlə əlaqədar Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olub.

MAYAKİNFO xəbər verir ki, Akademik AZƏRTAC-a müsahibəsində mövzu ilə əlaqədar fikirlərini bölüşüb. O bildirib ki, çayda suyun azalması nəticəsində Kürün aşağı hissəsində küləyin təsiri ilə su səthində çay suyu dəniz suyu ilə qarışıb. Bu, Kürün axımında relyefin müxtəlifliyi ilə əlaqədar özünü müxtəlif vəziyyətlərdə büruzə verir. Belə ki, bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub, adalar əmələ gəlib. Yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda, həmçinin Araz çayının yatağında müşahidə edilib.

Xəzər dənizi səviyyəsinin qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının hündürlüyü tez-tez dəyişir və bəzi yerlərdə çay dərəsinin dibi dəniz səviyyəsindən aşağı düşür, çay yatağında gedən eroziya prosesləri dəyişir, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının və s. təsiri olur.