FHN: Kürdə batan şəxslərin axtarışları davam etdirilir

2020-06-17 Baxış: 665
img

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb.

MAYAKİNFO-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir. Axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları axtarışlara cəlb olunub.