Neftçalada avtomobil piyadanı vurub

2020-06-27 Baxış: 2252
img

Bu gün günorta saatlarında Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə Neftçala şəhər H.Əliyev prospekti ilə M.Şəhriyar küçəsinin kəsişməsində baş verib. Belə ki, Həsənabad qəsəbə sakini Fərəcov Hilal Siyasət oğlu özünə məxsus 47-BD-831 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən  yolu keçmək istəyən Neftçala şəhər sakini 1984-cü il təvəllüdlü Babayeva Qəmər Əli qızını vurmuşdur. Hadisə nəticəsində xəsarət alan Qəmər Babayeva Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır