Neftçalada 2 yaşlı uşaq maşının altında qaldı

2020-06-30 Baxış: 1885
img

30.06.2020. 9:30

Neftçala rayonunda faciəvi hadisə baş verib. 

MAYAKİNFO xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində baş verib. Belə ki, kəndə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Masallı rayon sakini Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "Qazel" markalı avtomobili arxaya doğru hərəkət etdirərkən yaxınlıqda dayanan 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçmış və maşının təkərləri altında qalaraq əzilmişdir. Hadisə nəticəsində əzilən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.