AVRORA şirkəti Neftçalada aztəminatlı ailələri sevindirdi

2020-07-29 Baxış: 2087
img

Avrora Qrup sosial məsuliyyət proqramına uyğun olaraq Qurban bayramı ilə əlaqədar Neftçala rayonunda yardım aksiyası keçirib.

MAYAKİNFO xəbər verir ki, hal-hazırda Neftçala rayonunda yaşanan su problemini nəzərə alaraq Avrora şirkəti rayonun  Həsənabad, Xıllı, Bankə qəsəbəli ,Qədimkənd, Kürkənd, Mayak 2, Tatarməhlə, I Qaralı, II Qaralı, Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Astanlı kəndlərində ərzaq bağlamaları və qurban payı ilə yanaşı içməli su yardımı da edib.

Yardım aksiyası zamanı ərzaq paketləri Neftçala rayonunda fəaliyyət göstərən UGEX xeyriyyə fondunda qeydiyyatda olan 50-yə qədər aztəminatlı və kimsəsiz ailələrə fondun əməkdaşları ilə birlikdə çatdırılıb.

Qeyd edək ki, Avrora şirkəti daima müxtəlif xeyriyyə təşkilatları və ictimai birliklərlə yardım aksiyaları həyata keçirir.