Neftçalada Kürdə boğulan tələbənin meyiti tapılıb

2020-08-07 Baxış: 2381
img

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Bu barədə MAYAKİNFO-ya FHN-dən bildirilib.

Məlumata görə, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*********************************************************************

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.


MAYAKİNFO xəbər verir ki, 2004-cü il təvəllüdlü Aşağı Surra kənd sakini Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin birinci kursunda təhsil alırmış.