Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri sürətləndirilib

2020-08-18 Baxış: 1075
img

Prezident İlham Əliyevin “Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2019-cu il 11 dekabr tarixli Sərəncamının icrası sürətli davam etdirilir.⠀⠀

Rayon icra hakimiyyətindən MAYAKİNFO-ya bildiriblər ki, Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində, Salyan rayonu ərazisindəki su tutumu 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. 44 kilometr məsafədən Neftçala şəhərinə çəkilən su xətti layihəsinin tikintisi nəticəsində əsasən çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40 min nəfərə yaxın şəhər sakininin içməli su xətti təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək.

Hazırda 44 kilometr uzunluqda olan su xəttinin Tatarməhlə, Bankə qəsəbəsi və Neftçala şəhəri hissəsində işlər davam edir. Su xəttinin çəkilişinin tez başa çatması üçün əlavə canlı qüvvə və texnika cəlb olunub.