Neftçalada kafe yanıb

2020-08-22 Baxış: 1785
img

Neftçala rayonunun İkinci Qaralı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli binanın yanar konstruksiyaları yanıb. 

Fövqəladə Hallar Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.