Avtomobildən oğurluq etməkdə şübhəli bilinən Neftçala sakini saxlanılıb

2020-08-22 Baxış: 1658
img

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində T.Cavadova məxsus “KİA” markalı avtomobildən sənədlər, 280 manat dəyərində üç ədəd eynək və iki ədəd yaddaş kartı oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.