Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələnib

2020-08-23 Baxış: 1091
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələnib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumatına görə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiqlənib.