Neftçala-Salyan yolunda baş verən avtomobil qəzasında bir nəfər ölüb.

2020-08-29 Baxış: 2524
img

Bu gün səhər saatlarında Neftçala-Salyan avtomobil yolunun Salyan rayununun Kürqaraqaşlı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.


MAYAKİNFO xəbər verir ki, Neftçala şəhər sakini , 1984-cü ildə anadan olmuş Tağızadə Nicat Heydər oğlunun idarə etdiyi 99-FL-233 markalı “Mercedes E-240” markalı minik maşını ilə , Salyan rayonunun Kürqaraqaşlı kənd sakini , 1952-ci ildə anadan olmuş Sərdar Nadir oğlu Zeynalovun idarə etdiyi 52-BK-273 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomaşın toqquşub və "Mercedes" markalı avtomobil yolun kənarındakı su kanlına düşüb. Hadisə nəticəsində sürücü S.Zeynalov aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır