Sona Haxıyeva: Mübarizəmizi sosial şəbəkələrdə də davam etdiririk.

2020-08-29 Baxış: 1100
img

Ölkəmizdə gənclər siyasəti Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında özünəxas inkişaf tempi ilə irəliləməkdədir. Demək olar ki, bütün sahələrdə gənclər öz sözünü deməkdə, fəaliyyətlərini genişlətməkdədir. Bu günkü Azərbaycan gəncliyinin üzərinə çətin öhdəliklər düşüb. İllərdir davam edən torpaqlarımız uğrunda mübarizə bugün də davam etməkdədir. Mənfur düşmənlərimizlə mübarizə təkcə sərhəddə, real həyatda deyil virtual məkanda sosial şəbəkələrdə də gedir. Gündəlik həyatımızda ən çox eşitdiyimiz ifadələrdəndir informasiya müharibəsi. Tarix boyu müharibələrdə informasiyanın rolu çox böyük olub. Dünyada dolğun və operativ informasiyanın əldə edilməsi hazırda internet üzərindəndir. İnternet gün gündən öz imkanlarını artırır. Bizim üzərimizə düşən isə bu imkanlardan yerində istifadə etməkdir. Digər mübarizə metodlarına nisbətən informasiya müharibəsində nailiyyət əldə etmək üçün daha effektiv Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu fəal iştirakı mühüm yer tutmaqdadır. Biz gənclər bir bayraq altında birləşərək bu informasiya müharibəsində düşmənlərimizin layiqli cavabını verməkdəyik. Son dövrlərdə aktivliyin daha da artdığının şahidiyik.  Dağlıq Qarabağ münaqişəsi barədə düzgün məlumatlandırılma, xüsusilədə sosial şəbəkələr vasitəsilə xarici ölkə vətəndaşlarının diqqətinə bu münaqişə barədə məlumatların ədalətli çatdırılmasında gənclərin rolu danılmazdır. Dövlətimiz üçün, ölkəmiz üçün bu ölkənin gəncləri, bu yurdun övladları olaraq əlimizdən gələni əsirgəmir, dövlətimizə xidmət etməkdən qürur duyuruq. Ulu Öndərimizin dediyi "Gənclər bizim gələcəyimizdir" kəlamını bugün bizlər öz fəaliyyətimizdə gerçəkləşdirir və üzərimizə düşən vəzifələri yorulmadan reallaşdırırıq.

 

 

 Sona Haxıyeva, YAP Neftçala Rayon Təşkilatı

 Gənclər Birliyinin sədr müavini