Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

2020-08-31 Baxış: 1461
img

Avqustun 31-ində Neftçala rayonunun Bankə - Şirvanlı avtomobil yolunun Şirvanlı kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

MAYAKİNFO xəbər verir ki, 2002-ci il təvəllüdlü Salyan rayon sakini Hüseynzadə Ülvi Qəşəm oğlu idarə etdiyi 90-PX-817 dövlət qeydiyyat nişanlı Niva markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobil aşmışdır. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdir. 

Faktla bağlı araşdırma aparılır.