Paytaxtda soyğunçuluq edən Neftçala sakini tutulub

2020-09-04 Baxış: 961
img

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Cəlilov avqustun 31-də saat 21 radələrində rayon ərazisində iki nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev və Xocalı şəhər sakini T.Səfərov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.