Neftçalanın Qədimkənd kəndində 3 gün ərzində 35 ton ot bağlaması yanıb.

2020-09-10 Baxış: 754
img

08 sentyabr, 09 sentyabr və 10 sentyabr 2020-ci il tarixlərində Neftçala rayonunun Qədimkənd kəndi ərazisində 35 ton ot bağlaması yanıb.

MAYAKİNFO  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabr ayının 8-i Neftçala rayonunun Qədimkənd kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, sentyabr ayının 9-u Qədimkənd kəndində ümumi sahəsi 60 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, sentyabr ayının 10-da isə Qədimkənd kəndində həyətyanı əraziyə yığılan 70 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;